ABŞ İŞİD terrorçularını Suriyadan İraqa keçirir
Mьəllif: admin1
Tarix: 13-05-2020, 10:48
Bцlmə: Xəbərlər
ABŞ İŞİD terrorçularını Suriyadan İraqa keçirir
İraqdakı Bədr təşkilatının lideri, ABŞ qüvvələrinin, Vaşinqtonun bu ölkədəki mövcudluğunu gücləndirmək səyləri fonunda, İŞİD terror qruplaşmalarını hava yolu ilə Suriyadan İraqa daşıdığını söyləyib.

"İraqın Suriya ilə sərhədi boyunca ərazilərdə yaşayan sakinlər, təhlükəsizlik qüvvələrinə ABŞ qüvvələrinin, Suriyadan İraqa İŞİD terrorçularını daşıdığı haqda xəbər verib”, - deyə sabiq insan hüquqları naziri Mehdi əl-Bayati bildirib.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Bayatinin dediyinə əsasən, terrorçular İraqa Kürdüstan yaxınlığındakı sərhəddən daxil olublar və terrorçu qruplaşmalarının İraq ərazisində fəaliyyətə başlaması ABŞ qoşunlarının bu ölkədə önəmliyini əsaslandıraraq, İraqda terror hücumlarının intensivləşdirilməsinə yönəlib.

ABŞ qoşunları, İraq parlamentinin qərarına əsasən İraqı tərk etməli idi. Birləşmiş Ştatlar İraqdan qoşunların çıxarılması çağırışlarını nəinki rədd etdi, həm də əlavə qoşun və hərbi texnika yerləşdirməklə hərbi mövcudluğunu daha da gücləndirdi.

ABŞ yaxın vaxtlarda yeni evakuasiya planına uyğun olaraq, işğalçı hərbi hissələrini İraqdakı bir sıra hərbi bazalardan təxliyə etməyə başladı. İraqlılar bu hərəkəti hərbi taktika hesab edərək, Vaşinqtonun Həşd Şəbi polis bölməsinə qarşı yeni planlar hazırladığını bildirib.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031