Ayətullah Xamenei: Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın önəmli göstərişlərindəndir
Mьəllif: admin1
Tarix: 25-04-2020, 23:17
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei: Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın önəmli göstərişlərindəndir
Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın önəmli göstərişlərindəndir.

Maide.Az “Leader.ir” saytına istinadla xəbər verir ki, Ramazan ayının – Qurani-Kərimin nazil olduğu mübarək ayın ilk günündə Ali Rəhbər Ayətullah Xameneinin və bir neçə Quran qarisinin iştirakı ilə Quranla üns məclisi təşkil olunub. Canlı yayımlanan mərasimdə qarilər ayrılıqda və qrup şəklində Quran tilavət edib, dualar oxuyublar.

Çıxış edən Ayətullah Xamenei Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayının gəlişi münasibətilə müsəlmanları təbrik edib və insanların ictimai və fərdi həyatının tənzimlənməsi üçün Quranın səadətbəxş göstərişləri haqqında danışıb.

Ali Rəhbər insanlığın zülmdən, ayrıseçkilikdən, müharibədən, sabitsizlikdən və dəyərlərin tapdalanmasından xilasının, eləcə də sabitlik, sağlamlıq və rahatlığa qovuşmağın yeganə çıxış yolunun Quranın göstərişlərinə əməl etmək olduğunu bildirdi və qeyd etdi ki, Quranın bir sıra tətbiqi göstərişləri insana həyat tərzi qaydasını öyrədir. “Əgər bu qaydalar güc, pul və şəhvət əsasında tətbiq olunarsa, insan həqiqi və axirət həyatından bəhrəsiz olacaq. Lakin əgər insanlar öz həyat tərzlərini yaxşılıq əsasında qursalar, dünyəvi mənfətlə yanaşı həyatın həqiqi məqsədlərinə də çatacaqlar.“

Ali Rəhbər ilahi nemətlərdən, o cümlədən, sərvət və gücdən insanların həyatını abadlaşdırmaq üçün vasitə kimi istifadə etməyin, ehtiyaclılara və digər insanlara yardımın Quranın tətbiqi göstərəişlərindən olduğunu vurğuladı.

Ayətullah Xamenei bildirib ki, Quranın bir sıra digər ayələrinə və göstərişlərinə əməl etmək insanların ictimai münasibətlərinin tənzimlənməsinə səbəb olur. "Cəmiyyətdə qeybət etməkdən çəkinmək, müxaliflər və düşmənlərə qarşı belə insafla davranmaq həmin göstərişlərdəndir.”

Ali Rəhbər Quranın digər göstərişinin yəqin hasil olmayan mövzuları yaymamaqla bağlı olduğunu bildirb və deyib ki, bu gün dünyadakı mövcud jurnalistikanın problemlərindən biri Quranın bu göstərişinə əməl etməmək, şaiyələr və yalan xəbərlər yaymaqdır. Təssüflər olsun ki, bizim cəmiyyətdə də bu kimi hallar baş verir.

“Zalımlara üz tutmamaq və onlara etibar etməkdən çəkinmək, həyatda insaflı və ədalətli olmaq, əmanətə xəyanət etməmək İslamın digər göstərişləridir. Əmanətə xəyanət etməmək məsuliyyət və vəzifəyə də aiddir.”

Düşməndən qorxmamaq və onun qarşısında möhkəm durmaq Quranın digər önəmli göstərişlərindən olduğunu deyən Ayətullah Xamenei bildirib ki, bu gün bəzi İslam ölkələrinin vəziyyəti və onların bəzi zalım güclər tərəfindən təhqir edilməsi onların İslam düşmənlərindən qorxmaqlarının nəticəsidir.

"Hegemon güclərdən qorxmamaq İmam Xomeyninin sirə və böyük dərsidir!" - deyən Ali Rəhbər bildirib ki, ABŞ-dan qorxmaq acı nəticələr gətirəcək. “Biz keçmiş hökumətlərimizdə gördük ki, onların ABŞ-dan qorxmaqları necə ağır problemlər yaratdı."

Ali Rəhbər bildirib ki, Ramazan ayında Allahdan bağışlanmaq diləmək, tövbə etmək, Allahı yad etmək və diqqətlə namaz qılmaq insanda ruh yüksəkliyi yaradır.

Sonda Ayətulah Xamenei qeyd edib ki, ümid edirəm bütün müsəlman xalqlar, xüsusilə, İslam ölkələri və onların məsul şəxsləri Quranın göstərişlərinə əməl edəcəklər. Çünki Quran problemlərin şəfabəxş nüsxəsidr.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031