Ali Dini Rəhbərin müraciəti ilə Ramazan ayında minlərlə ailəyə yardımlar başladı
Mьəllif: admin1
Tarix: 25-04-2020, 17:54
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbərin müraciəti ilə Ramazan ayında minlərlə ailəyə yardımlar başladı
Ramazan ayının daxil olması ilə İranda yoxsul və ehtiyaclı ailələr üçün böyük bir yarış başlanıb.

Deyerler.org xəbər verir ki, İranın hər yerində Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin Ramazan ayından əvvəl Məhdəvi cəmiyyətinin səhnələrinin yaradılması ilə bağlı etdiyi müraciətini cavablandırmaq üçün işlər görülür.

Ali Dini Rəhbər Nimeyi Şaban münasibətilə etdiyi çıxışında belə bir müraciət etmişdi: “Yaxşı olar ki, mübarək Ramazan ayında cəmiyyətin yoxsul və ehtiyaclı üzvlərinə mömincəsinə yardım göstərmək, onların dərdlərinə şərik olmaq üçün böyük bir yarış başlansın.

İmam Zamana (ə.f) sevgimizi göstərmək üçün haqq-ədalət, izzət, elm, qardaşlıq və yardımlaşma xüsusiyyətlərinə malik olan Məhdəvi cəmiyyətinə xas olan səhnələri yaradaq.

Maddi imkanı yaxşı olan adamlar, xüsusilə fədakarlıq və yaxşılıq ayı olan Ramazan ayı ərəfəsində ehtiyaclı insanlara yardım göstərmək üçün geniş fəaliyyətlərə başlasınlar”.

Aşağıdakı fotolarda Qum, Təbriz, Gülistan və digər yerlədə ehtiyaclı ailələr üçün hazırlanmış Ramazan ayı sovqatlarının hazırlanması işləri ilə tanış ola bilərsiniz.



Ali Dini Rəhbərin müraciəti ilə Ramazan ayında minlərlə ailəyə yardımlar başladı
Ali Dini Rəhbərin müraciəti ilə Ramazan ayında minlərlə ailəyə yardımlar başladı
Ali Dini Rəhbərin müraciəti ilə Ramazan ayında minlərlə ailəyə yardımlar başladı
Ali Dini Rəhbərin müraciəti ilə Ramazan ayında minlərlə ailəyə yardımlar başladı


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031