İranın səhiyyə naziri: “Koronavirus qarşısında çarəsiz qalan Amerika xalqına kömək etməyə hazırıq”
Mьəllif: admin1
Tarix: 24-04-2020, 16:56
Bцlmə: Xəbərlər
İranın səhiyyə naziri: “Koronavirus qarşısında çarəsiz qalan Amerika xalqına kömək etməyə hazırıq”
İranın səhiyyə naziri Səid Nəməki ABŞ-da hökumətin koronavirusa qarşı heç bir iş görə bilməməsinə görə çarəsiz qalan Amerika xalqına kömək etməyə hazır olduqlarını söyləyib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Səid Nəməki dünən Tvitter üzərindən verdiyi açıqlamasında bunları qeyd edib:

“ABŞ-ın səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatının iclasında, İran xalqına korona ilə mübarizədə köməyə hazır olduğunu iddia etmişdi.

Amma bu video konfransında ABŞ-ın bu iddiasının nə qədər içi boş və dəyərsiz olduğunu, çünki öz xalqına belə kömək etməkdən aciz olduğunu gördüyümüz kimi, əksinə İran İslam Respublikası, xalqı və səlahiyyətlilərin əməkdaşlıqla və Allahın köməyi ilə bu epidemiyada çox yaxşı bir şəkildə mübarizə etmiş və hal-hazırda da epidemiyanı nəzarət altına almışdı”.

İranın səhiyyə naziri ABŞ rəhbərliyinin korona qarşısında sinifdə qaldığını və buna görə də Amerika xalqının epidemiyada çarəsiz qaldığını qeyd edərək, “Əziz İran, problem içində olan Amerika xalqına yardıma hazırdır” deyib.

Məlum olduğu kimi, ABŞ-da ən azı 851 min insan koronavirus infeksiyasına yoluxub və indiyə qədər bunlardan ən az 47 min nəfər həyatını itirib.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031