Nazir Ramazan ayı münasibətilə ölkə müsəlmanlarını təbrik edib
Mьəllif: admin1
Tarix: 24-04-2020, 15:37
Bцlmə: Xəbərlər
Nazir Ramazan ayı münasibətilə ölkə müsəlmanlarını təbrik edib
Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili Ramazan ayının başlaması münasibətilə ölkə müsəlmanlarını təbrik edib.

O, təbriki Kvemo Kartli, Kaxeti, Acarıstan və digər bölgələrdə yaşayan müsəlman vətəndaşlara ünvanlayıb.

K.Tsixelaşvili Ramazan ayının müsəlman həmvətənlərə və Gürcüstana xeyirxahlıq və sülh gətirməsini arzulayıb:

“Koronavirus pandemiyası ilə mübarizənin aparıldığı bu çətin dövrdə yalnız birgə səylər və qarşılıqlı dəstəklə bu çətin vəzifənin öhdəsindən uğurla gələ bilərik”, - deyə o bildirib.

Nazir müsəlmanlara göstərdikləri yüksək vətəndaşlıq məsuliyyətinə görə minnətdarlıq edib.

O, hər bir müsəlman vətəndaşa, ailəyə cansağlığı, firavanlıq və tərəqqi diləyib.
(24News.ge)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031