İraqda mərcəiyyət xarici qüvvələrin ölkədən çıxma vaxtının müəyyənləşməsini istəyir
Mьəllif: admin1
Tarix: 21-04-2020, 14:57
Bцlmə: Xəbərlər
İraqda mərcəiyyət xarici qüvvələrin ölkədən çıxma vaxtının müəyyənləşməsini istəyir
İraq parlamentindəki Bədr fraksiyasının sədri Həsən Şakir Əl-Kəəbi mərcəiyyətin xarici qüvvələrin ölkəni tərk etməsi vaxtının müəyyən olunmasına vurğu etdiyini qeyd edib.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, mərcəiyyətin hökumətin gündəmində olması lazım olan mühüm mövzuları təyin etdiyini xatırladan Əl-Kəəbi, bu məsələlərdən birinin xarici qüvvələrin İraqdan çıxması vaxtının müəyyənləşdirilməsi olduğunu bildirib.

Bədr fraksiyasının sədri mərcəiyyətin üzərində dayandığı digər mövzulardan birinin hökumətin ləyaqətini yenidən bərpa etməsi, lazım olan islahatın aparılması və 2020-ci il büdcəsinin təsdiq edilməsi və İraqda təhlükəsizliyin möhkəmlənməsi olduğunu qeyd edib.

İraqda yeni hökumətin formalaşması məsələsində də toxunan Əl-Kəəbi, İraqın müxtəlif bölgələrinə mənsub olan bəzi fraksiyaların hökumətə siyasi tərəfdaş olmaq istədiklərini söyləyib.

Bu arada, bəzi qaynaqları Mustafa Əl-Kazıminin kabinetini yaxın vaxtlarda açıqlayacağını bildirir.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031