Türkiyədə partiya lideri koronavirusdan vəfat etdi
Mьəllif: admin1
Tarix: 14-04-2020, 12:31
Bцlmə: Xəbərlər
Türkiyədə partiya lideri koronavirusdan vəfat etdi
Müstəqil Türkiyə Partiyasının (Bağımsız Türkiyə Partiyası) sədri, tanınmış Türk ilahiyyatçısı və Əhli-Beyt sevdalısı professor Haydar Baş koronavirusdan ölüb.

Maide.Az xəbər verir ki, məlumatı “yenisafak” yayıb.

Müstəqil Türkiyə Partiyası (BTP) lideri Heydər Baş və ailəsindən 8 nəfərin koronavirüs testləri müsbət çıxmışdı. Xüsusi xəstəxanada 4 gün müalicə alan Baş, bu gün səhər Trabzonda dünyasını dəyişib.

BTP sədr müavini və partiyanın sözçüsü Lütfullah Önder dünən gecə Haydar Başın 4 gün müalicə aldığı xəstəxanada reanimasiyada olduğunu açıqlayıb:

"Bu gündən etibarən tənəffüs dəstəyinə ehtiyacı olduğu üçün reanimasiyaya köçürülmüşdü. Həyat mübarizəsi aparan başqanımızın koronavirusla mübarizəni ən qısa müddətdə qazanacağına tam inanırdıq. Təşkilat üzvlərinə, bütün sevənlərinə və böyük türk millətinə başınız sağ olsun deyirik."

Allah rəhmət eləsin!
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031