Britaniyanın koronavirusa yoluxmuş baş naziri xəstəxanaya yerləşdirildi
Mьəllif: admin1
Tarix: 6-04-2020, 10:15
Bцlmə: Xəbərlər
Britaniyanın koronavirusa yoluxmuş baş naziri xəstəxanaya yerləşdirildi
Böyük Britaniyanın koronavirusa yoluxmuş baş naziri Boris Conson xəstəxanaya yerləşdirilib.

Bu barədə "Sky News" telekanalı xəbər verib.

Qeyd edilir ki, baş nazir həkimlərin məsləhəti əsasında xəstəxanaya aparılıb. Onun səhhətində COVID-19 infeksiyası aşkarlanandan 10 gün sonra problemlər qalmaqdadır. Məlumata görə, Boris Consonun temperaturu yüksəkdir.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri martın 27-də koronavirusa yoluxub. 55 yaşlı hökumət başçısı deyib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik", - deyə Boris Conson həmin gün bildirib.

Britaniyada koronavirusa yoluxanların sayı 47 806 nəfərə çatıb.
(eastnews.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930