Hökümət rəsmilərini təcili tədbir görməyə çağırırıq
Mьəllif: admin1
Tarix: 3-04-2020, 22:31
Bцlmə: Xəbərlər
Hökümət rəsmilərini təcili tədbir görməyə çağırırıq
Marneuli və Bolnisi şəhərlərini əsassız olaraq "qırmızı ərazi" kimi elan etməyinizi doğru hesab etmirik. Lakin, qərarınızı əhali olaraq anlayışla qarşıladıq. Tətbiq edilən qanunlara qarşı çıxmamaqla vətəndaş borcumuzu lazımı qaydada yerinə yetirdik.

Sizdən tələb edirik ki, şəhərimiz Marneulini xüsusi rejimli qarantinə alma qərarınızdan sui istifadə edənlərin qarşısı alınsın.

İş yerlərini qapamaq və şəhərin yollarını bağlamaqla sakinlərə kifayət qədər maddi ziyan dəyməsi azmış kimi şəhərə gətirilən ərzaq məhsulları da həddən ziyadə baha satılır.

Sizin xüsusi icazəniz ilə Tiflis şəhəri və Marneuli şəhəri arasında ərzaq məhsullarının satışını həyata keçirən şəxslərin və ya şirkətlərin süni qiymət artımının qarşısı alınsın.

Marneuli əhalisi olaraq aidiyyatı qurumlardan tezliklə bütün qiymətlərin tənzimlənməsini, Marketlərə olduğu kimi onların da məhsulları aldığı yerlərə ciddi nəzarət olunmasını, əksi təqdirdə şəhərimizə uyğulanan sərt qarantin rejiminin ləğvini və yolların açılmasını istəyirik.

Hörmətlə: Marneuli sakinləri.

Ahlibeyt.ge


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930