Bu tarixdən sonra Gürcüstanda koronavirus epidemiyasının pik həddi gözlənilir
Mьəllif: admin1
Tarix: 2-04-2020, 10:21
Bцlmə: Xəbərlər
Bu tarixdən sonra Gürcüstanda koronavirus epidemiyasının pik həddi gözlənilir
Gürcüstanda koronavirus infeksiyasının yayılmasının pik həddi iki-üç həftədən sonra olacaq.

Bu barədə epidemioloq, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tengiz Tsertsvadze “Rustavi 2”yə müsahibəsində bildirib.

O deyib ki, həmin dövrdə virusun pik həddi olacaq sonra isə koronavirus hallarının sayı azalmağa başlayacaq.

T.Tsertsvadzenin proqnozuna əsasən, Avropa ilə müqayisədə Gürcüstanda koronavirusa olduqca az insan yoluxacaq, lakin ölüm hallarının olacağı da gözlənilir.

Epidemioloqun fikrincə, Gürcüstanda epidemiyanın pik həddində minlərlə deyil, yüzlərlə yoluxan olacaq.
(24News.ge)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031