Yəhudi "namaz" qıldı: Əl-Əqsa məscidinin yanında
Mьəllif: admin1
Tarix: 31-03-2020, 11:02
Bцlmə: Xəbərlər
Yəhudi "namaz" qıldı: Əl-Əqsa məscidinin yanında
İslamazeri.com-un “IslamNews”-ə istinadən verdiyi xəbərə əsasən, ortodoks yəhudinin Qüds şəhərində müsəlmanların ibadətinə bənzər ibadətinin videosu internetdə surətlə yayılmaqdadır.

Videoda görünür ki, o da, ilk olaraq qiyam halındadır, daha sonra isə səcdə edir.

Kadr arxasında danışan səs isə ərəbə məxsusdur; o, birinci ərəbcə, daha sonra isə ivrit dilində danışır.

Danışan şəxs qeyd edir ki, videodakı yəhudi Əl-Əqsa məscidinə aparan Əsbat darvazasının yaxınlığında Kəbəyə tərəf ibadət edir.

Şərhçinin sözlərinə görə, videodakı şəxs koronavirus pandemiyasının fonunda ümidsiz halda “namaz” qılmağa başlayıb.

Daha öncə isə internetdə yayılan videoda isə, yəhudi işadamına məxsus və karantinə görə boş qalmış kafe tam səslə Quran tilavəti səslənir.


https://www.facebook.com/islamazericom/videos/340033403619559/?t=9&v=340033403619559
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930