Gürcüstanda fövqəladə hal elan olundu - Nələr olacaq?
Mьəllif: admin1
Tarix: 21-03-2020, 23:16
Bцlmə: Xəbərlər
Gürcüstanda fövqəladə hal elan olundu - Nələr olacaq?
Parlament fövqəladə hal elan edilməsi barədə Prezident tərəfindən təklif edilmiş və baş nazirin imzaladığı qərarı müzakirə edib.

Müxalifətində qatıldığı iclada 115 deputat qərarın lehinə 2 deputat isə əlehinə səs verib.

Gürcüstan parlamenti bütün ölkə ərazisində aprelin 21-dək fövqəladə vəziyyətin elan olunması ilə bağlı prezidentin fərmanını dəstəkləyib.

Səsvermə Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışından sonra baş tutub. Dövlət başçısı fövqəladə vəziyyətin elan olunmasının vacibliyindən danışıb.

Fövqəladə vəziyyət haqqında fərmana əsasən, yük daşımalarından başqa Gürcüstanın bütün dövlət sərhədləri vasitəsilə gediş-gəlişə məhdudiyyətlər qoyulur. Ölkədə bütün qapalı məkanlarda 10-dan çox insanın bir arada toplaşması qadağan olunur.

Bu vəziyyətdə bütün dövlət xidmətləri yeni iş rejiminə keçəcək, Gürcüstan hökumətinin fərdi şəxslər və təşkilatların mülkiyyətində olan əmlaklarının tibbi və karantin məqsədilə istifadə etmək hüququ olacaq.

Zərurət yaranacağı halda Gürcüstan hökuməti dərman vasitələri, tibbi xidmətlər və ərzaq məhsullarının qiymətlərini tənzimləyəcək.

Hökumət həmçinin yeni təhsil qaydaları müəyyənləşdirəcək və ehtiyac olan halda tibbi təhsilli bütün şəxsləri səfərbər edə biləcək.

Bununla yanaşı, fövqəladə vəziyyətdə məhkəmə iclasları distant formada keçiriləcək.

Xüsusi vəziyyətin tələblərini pozan fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari məbləğində cərimə olunacaqlar. Bu hallara təkrar yol verənlərlərə qarşı isə üç ilədək müddətə həbs cəzası tətbiq olunacaq. (24News.ge)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930