Şeyx Zəkzəkinin oğlu valideynlərinin son vəziyyəti barədə açıqlama verdi
Mьəllif: admin1
Tarix: 16-03-2020, 23:12
Bцlmə: Xəbərlər
Şeyx Zəkzəkinin oğlu valideynlərinin son vəziyyəti barədə açıqlama verdi
Nigeriya Əhli-Beyt (ə) ardıcıllarının rəhbəri Şeyx Zəkzəkinin oğlu Məhəmməd Zəkzəki məktub dərc edərək, valideynlərinin son vəziyyəti barədə açıqlama verib.

Məhəmməd Zəkzəki müraciət məktubunda bunları qeyd edib: “Bu gün səssizliyimi həbsdə olan valideynlərimə qarşı daha ağır əzabların qarşısını alacağına ümid edərək, müşahidə etdiyim yazılmamış və həyata keçirilmiş əmrləri dayandırmaq üçün pozuram.

Valideynlərim DTX həbsxanasından Kaduna həbsxanasına köçürülməsindən etibarən, atamın qan təzyiqi tez-tez yuxarı qalxır və aşağı enir, bu hal bir çox xəstəliklərinin daha da pisləşməsinin davam etməsindən xəbər verir.

Çox sayda xəstəliklərdən əziyyət çəkən anamın, son 5 ildə müalicə edilməmiş sinus xəstəliyinə görə burun və ağzından qan axır.

Dekabr ayının sonlarında bir neçə həkimin onlarla görüşünə icazə verildi. Bundan sonra həkimlər bir sıra analizlər sifariş verdilər, bəzilərinin xəstəxanada aparılmasını tələb etdilər. Həbsxana rəhbərliyi məhkəmənin belə bir əmr verməməsi səbəbindən bundan imtina etdi.

24 fevralda məhkəmə onlara tibbi yardımdan maneəsiz istifadə etmək imkanı yaradılmasına və asanlaşdırılmasına əmr etdi.

Fevralın 26-da yenidən qayıtdılar və əvvəlcədən sifariş verdikləri eyni adi analızləri sifariş verdilər. Bundan sonra bunun baş verməsi üçün müvafiq qaydalara əməl etməyə başladıq.

Bu gün həftələrlə davam edən hazırlıqlardan, həkimlər və xəstəxanalardakı görüşlərdən və Kaduna əyalətinin həbsxanalara nəzarət idarəsi ilə çoxsaylı razılaşmalardan sonra, valideynlərimin bir daha tibbi müayinələrdən keçirmək üçün səylərimiz bir daha uğursuzluqla nəticələndi”.

Məhəmməd Zəkzəki valideynlərinin müayinəsi ilə bağlı daha çox bürokratik maneələrin yaradıldığını qeyd edərək, bütün bunların valideynlərinin müayinəsinin qeyri-müəyyən müddətə qədər rədd edilməyə davam ediləcəyini göstərdiyini bildirib.
(Deyerler.org)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930