Seyid Əmmar Əl-Həkim: “ABŞ İraqın suverenliyini pozdu”
Mьəllif: admin1
Tarix: 13-03-2020, 20:11
Bцlmə: Xəbərlər
Seyid Əmmar Əl-Həkim: “ABŞ İraqın suverenliyini pozdu”
İraqın Milli Hikmət Hərəkatının rəhbəri Seyid Əmmar Əl-Həkim ABŞ-ın Xalq Səfərbərlik Qüvvələrinin (Əl-Həşduş Şəbi) mövqelərini bombardman etməsini qınayaraq, ABŞ-ın İraqın suverenliyini pozduğunu bildirib.

Deyerler.org İranpress-ə istinadən xəbər verir ki, Seyid Əmmar Əl-Həkim ABŞ-ın martın 13-ü gecə Əl-Həşduş Şəbinin mövqelərinə etdiyi hücumlara cavab olaraq bir mesajda payllaşıb:

“İraq suverenliyinin xarici təyyarələrlə pozulmasını və Kərbəla, Babil, Vasit, Səlahəddin və digər ərazilərdə, habelə bəzi mülki obyektlərdə Əl-Həşduş Şəbi və İraq təhlükəsizlik qüvvələrinin mövqelərini bombalamasını qınayırıq və bunun qəbuledilməz olduğunu bildiririk”.

Həkim İraqı siyasi və hərbi çəkişmələr sahəsinə çevirməyə imkan verməyəcəkləri barədə xəbərdarlıq edərək, belə qeyd edib:

“İraq hökumətini ölkənin nüfuzunun bərpasında və hər hansı bir hücuma qarşı ölkənin suverenliyinin qorunmasında düzgün və lazımlı rolunu bərpa etməyə çağırırıq.

Şəhidlərə Allahdan rəhmət, yaralılara dərhal şəfa diləyirik”.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031