Ayətullah Sistanidən koronavirusla bağlı camaat namazı fətvası
Mьəllif: admin1
Tarix: 11-03-2020, 19:54
Bцlmə: Xəbərlər
Ayətullah Sistanidən koronavirusla bağlı camaat namazı fətvası
İslamazeri.com Rasthaber Azərbaycan-a istinadən xəbər verir ki, İraqda şiə müsəlmanların ən böyük mərcəi təqlid müctehidi olaraq bilinən Ayətullah Seyid Sistani yeni növ COVİD 19 – koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bəzi yerlərdə “camaat namazının qılınmaması” ilə bağlı qadağalara əməl edilməsilə bağlı fətva verib.

Ayətullah Seyid Sistani İraqda camaat namazının qılınmasının hökmülə bağlı ona ünvanlanan suala cavab olaraq “camaatla namaz qılınmasının qadağan olunduğu bölgələrdə bu qadağaya əməl edilməsi lazımdır”, - deyə bildirib.

Ayətullah Sistani social media hesabında paylaşılan fətvada deyilir: “Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə bu cür toplaşmaq yasaqlandığı yerlərdə, bu qadağa və qabaqlayıcı tədbirlərə əməl olunmalı və ciddiyə alınmalıdır.

Qeyd edək ki, İraq səhiyyə qurumları ilk olaraq 24 fevralda bu ölkədə koronavirusa yoluxma halını açıqlamışdı.

Məlumata görə, bu günə qədər yoluxma 73-ə çatmaqla yanaşı, xəstəlikdən 7 nəfər ölüb, 7 nəfər isə sağalıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930