Azərbaycan İrana 5 milyon ABŞ dolları yardım etdi - RƏSMİ
Mьəllif: admin1
Tarix: 7-03-2020, 22:50
Bцlmə: Xəbərlər
Azərbaycan İrana 5 milyon ABŞ dolları yardım etdi - RƏSMİ
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan Respublikası hökuməti tərəfindən humanitar əsaslarla İran İslam Respublikasına 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib.

İslamazeri.com xəbər verir ki, bu haqda Azərbaycan Nazirlər Kabinetinin məlumatında deyilir.

Bildirilib ki, Nazirlər Kabineti tərəfindən 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan bu vəsaitin ayrılmasına dair sərəncam qəbul olunub.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dostluq və mehriban qonşuluq münasibətləri mövcuddur. COVİD-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə iki ölkənin aidiyyəti nazirlik və dövlət qurumları sıx əməkdaşlıq edir.

Azərbaycan Respublikası COVİD-19 virusuna qarşı mübarizə çərçivəsində beynəlxalq birliyin səylərini dəstəkləyir, Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığını davam etdirir.

Qeyd edək ki, İranda koronavirus daşıyıcılarının sayı 4 747 nəfərdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930