İranda koronavirusdan sağalmış xəstələrin sayı 1669-a çatdı
Mьəllif: admin1
Tarix: 7-03-2020, 22:46
Bцlmə: Xəbərlər
İranda koronavirusdan sağalmış xəstələrin sayı 1669-a çatdı
İranın Səhiyyə Nazirliyi ölkədə yeni növ koronavirus (Kovid-19) xəstəliyindən ölənlərin sayının 145-yə yüksəldiyini bildirib.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Bürosunun rəhbəri Kiyanuş Cihanpur Tehranda keçirdiyi gündəlik mətbuat brifinqində Kovid-19 hadisələri ilə bağlı son vəziyyəti bölüşüb.

Cihanpur virusa yoluxanların sayının 5823-ə, həyatını itirənlərin sayının 145-ə yüksəldiyini bildirib.

Son 24 saat ərzində 17 nəfərin koronavirusdan öldüyünü söyləyən Cihanpur, yoluxmuş və sağalmış insanların sayının isə 1669-a çatdığını söyləyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930