Ayətullah Sistanidən 5 maddəlik koronavirus təlimatı
Mьəllif: admin1
Tarix: 5-03-2020, 21:27
Bцlmə: Xəbərlər
Ayətullah Sistanidən 5 maddəlik koronavirus təlimatı
Koronavirusun yayılması və xüsusilə İranda ölümlərə yol açmasından sonra Ayətullah Seyid Əli Sistaninin ofisindən bir bəyanat dərc olunub.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, bəyanatda səhmi-imamın yarısının bu virusla mübarizə edən xəstələrə və xəstəliyin qarşısını alma yolunda istifadə edilməsinə icazə verildiyi qeyd edilib.

Ayətullah Seyid Əli Sistaninin bəyanatında bunlar qeyd olunub:

“Rəhman və Rəhim olan Allahın adı ilə

Allah-Təala hikmətli kitabında belə buyurmuşdur: “Şübhəsiz ki, sizi bir az qorxu, aclıq, malların, canın və məhsulun azalması ilə sınayırıq”.

Dünyanın koronavirus ilə mübarizə apardığı və xüsusilə İran İslam Respublikasında da bu xəstəliyə yoluxmuş möminlərin olduğu reallığına əsasən, möminlərdən bu xüsusları yerinə yetirmələrini gözləyirik.

1-Səbirli olun və Səhiyyə Nazirliyi ilə əlaqəli orqanlar tərəfindən ehtiyat tədbirlərini ciddi şəkildə həyata keçirin.

2-Şübhəsiz ki, bu cür çətin vəziyyətlərdə Allaha sığınmaq və Allahın pak-pakizə etdiyi Əhli-Beytə (ə) təvəssül etmək xilasın ən vacib amillərindən biridir.

3-Bu xəstəliyə yoluxanların müalicəsi və sağalması üçün edilə biləcək hər cür yardım Allahı razı salacaq. Buna görə möminlər səhmi-imamın yarısını bu şəkildə istifadə edə bilərlər.

4-Bu virusla mübarizə aparan həkimlərə, tibb bacılarına və səhiyyə işçilərinə təşəkkür edirik. Hamısına möhkəm cansağlığı və Allah Təaladan uğurlar diləyirik.

5-Səbirli və həssas olmalı olduğumuzu vurğulayaraq, Allah Təaladan xəstələrə təcili şəfa, ölənlərə rəhmət və bağışlanma diləyirik.

Allahım! Bu problemi ümmətin başından qaldır!”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930