Müsəlman xanım gözdən əlillər üçün bələdçi ayaqqabı icad etdi
Mьəllif: admin1
Tarix: 4-03-2020, 22:10
Bцlmə: Xəbərlər
Müsəlman xanım gözdən əlillər üçün bələdçi ayaqqabı icad etdi
Pakistanın Feysəlabad Dövlət Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin tələbəsi Şanza Munir, gözdən əlillər üçün ayaqqabı icad edib. “Ağıllı çəkmələr” Şanzadın bir universitet layihəsidir. Onları xüsusi olaraq, gözdən əlillər üçün hazırlayıb.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, Şanza ayaqqabıların əlil insanlar üçün köməkçi bir vasitə və ideal bir bələdçi olacağına ümid edir.

"Ayaqqabılar daxili bir vibrasiya sensoruna sahibdir. Bu, istifadəçini yaxınlaşan çuxur barədə xəbərdar edir. Ayaqqabılar həmçinin istifadəçiyə 200 santimetr radiusda rast gəlinən maneələr barədə məlumat verəcək və xəbərdar edəcək", - deyə o qeyd edib.

Hesabatlar göstərdi ki, bir cüt “ağıllı ayaqqabı” istehsalının dəyəri 10.000-12.000 rupi (təxminən 140 ilə 169 ABŞ dolları) arasında dəyişəcək.

İxtiraçı kütləvi istehsal üçün qiymətin azalacağını qeyd edib. Hakimiyyət maraq göstərərək kütləvi istehsalına sponsorluq edərsə, Şanza daha böyük miqyasda ayaqqabı istehsalını başlayacaq.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031