Avropada müsəlmanlara qarşı dözümsüzlük sürətlə artır
Mьəllif: admin1
Tarix: 28-02-2020, 17:16
Bцlmə: Xəbərlər
Avropada müsəlmanlara qarşı dözümsüzlük sürətlə artır
İrqçiliyin, milliyyətçiliyin, antisemitizm və antimüsəlman nifrətinin güclənməsi hal-hazırda bir çox Avropa ölkələrində müşahidə olunur.

Avropa Şurasının İrqçilik və Dözümsüzlüklə Mübarizə üzrə Avropa Komissiyasının illik hesabatında, "Avropa şok reallıqla üzləşir: anti-semit, anti-müsəlman və digər irqçi cinayətlərin sayı həyəcanverici dərəcədə artıb", - deyə qeyd edilib.

"Deyerler.org"un islam.ru-ya istinadən verdiyi xəbərə görə, Aİ-nin baş katibi Mariya Peyçinoviç Buriç misal olaraq, Almaniyanın Hanau bölgəsindəki atışmadan 9 nəfərin öldüyü və bir neçə nəfərin xəsarət almasına toxunub.

Komissiyanın hesabatında, uzun müddətdir davam edən qərəz, ayrıseçkilik, ksenofob ritorika və zorakılıq halları əsasən müsəlmanlara, qaraçılara və qaralara qarşı edildiyi qeyd edilir.

Ekspertlər İnternetə xüsusi diqqəti çəkir: “2019-cu ildəki müxtəlif seçki kampaniyaları göstərdi ki, ultra-millətçi, ksenofobik, irqçi və homo/transfobik ritorika yenidən güclənir və sosial şəbəkələrdə əsas yer alır.

Əvvəllər, internet şəbəkələrində yolverilməz sayılan alçaldıcı və təhqiramiz şərhlər indi normaya çevrilməkldədir”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031