Misirin keçmiş diktatoru Hüsnü Mübarək öldü
Mьəllif: admin1
Tarix: 26-02-2020, 10:47
Bцlmə: Xəbərlər
Misirin keçmiş diktatoru Hüsnü Mübarək öldü
Misirin keçmiş prezidenti Hüsnü Mübarək 91 yaşında vəfat edib.

İslamazeri.com Sputnik-ə istinadla xəbər verir ki, ölkənin dördüncü prezidenti Mübarək uzun sürən xəstəlikdən sonra həyata vida edib.

O, 25 yanvar inqilabı nəticəsində 2011-ci il fevralın 11-də istefa verənədək 30 il ərzində Misiri idarə edib.

24 may 2011-ci ildə Mübarək və oğulları Əla və Camal etirazçıların öldürülməsi və korrupsiya ittihamı ilə mühakimə olunub. 19 avqust 2013-cü ildə Mübarək korrupsiya ittihamlarından birindən bəraət alıb və iki gün sonra məhkəmə onun həbsdən azad edilməsi barədə qərar verib.

Hüsnü Mübarək 1928-ci il mayın 4-də Misirin Minufiya vilayətinin Şibin əl-Qum rayonunun Kəfrul-Museylihə kəndində anadan olub. İxtisasca hərbi təyyarəçi olan Mübarək 30 ildən çox Misir Silahlı Qüvvələrində qulluq edib, leytenant rütbəsindən aviasiya marşalı rütbəsinədək yüksəlib.

1969-cu ildə Misir Hərbi Hava Qüvvələrinin qərargah rəisi, 1972-ci ildə Hərbi Hava Qüvvələrinin komandanı və müdafiə nazirinin müavini təyin olunub.

1975-ci ildə vitse-prezident postuna keçən Hüsnü Mübarək 1981-ci ildə dövlət başçısı Ənvər Sədat öldürüləndən sonra prezident kürsüsünü götürüb.

1987, 1993 və 1999-cu illərdə Xalq Məclisində keçirilən alternativsiz seçkilərdə postunu əlində saxlayıb. 2005-ci ildə ümumxalq səsverməsində yenidən prezident seçilib.

Məhəmməd Hüsnü Səid Mübarək 1928-ci il mayın 4-də Nil deltasında yerləşən Manufiyə qubernatorluğunun Kəfr-əl-Musilxa kəndində anadan olub. 1949-cu ildə Hərbi Akademiyanı fərqlənmə ilə bitirərək, leytenant rütbəsi alıb. 1950-ci ildə Bilbeys şəhərində Hərbi Hava Qüvvələri Akademiyasına daxil olub.

1956-cı il Süveyş müharibəsində iştirak edib. 1969-cu ildə Misir prezidenti Qamal Əbdül Naser onu Misir Hərbi-Hava Qüvvələrinin qərargah rəisi təyin edib.

1975-ci ildə Misir Respublikasının vitse-prezidenti təyin olunub. 1978-ci ilin avqustunda Misirdə "Milli Demokratik Partiya" yaradılır və Hüsni Mübarək onun sədr müavini, 1982-ci ildə isə partiyanın baş katibi təyin olunur.

O vaxtkı prezident Ənvər Sədat 1981-ci il oktyabrın 6-da hərbi paradda öldürüldükdən sonra, ölkə konstitusiyasına müvafiq olaraq, Hüsnü Mübarək prezident təyin edilib. Ənvər Sədata sui-qəsd zamanı Hüsnü Mübarək özü də əlindən yaralanıb.

Mübarək oktyabrın 14-də Misir prezidenti vəzifəsinə keçdikdən dərhal sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. O, 1987, 1993 və 1999-cu illərdə keçirilən referendumlarda səs çoxluğu ilə yenidən prezident seçilib.

2005-ci ildə Misir Konstitusiyasına dəyişiklik edilib, bu dəyişikliklərə əsasən, partiyalar prezident postuna öz namizədlərini irəli sürmək hüququ qazanıblar. Yeni sistemlə ilk seçki 2005-ci ildə keçirilib və Hüsnü Mübarək yenə qələbə qazanıb.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031