İraq hökumətinə qarşı yeni ABŞ-ərəb hiyləsi
Mьəllif: admin1
Tarix: 25-02-2020, 10:22
Bцlmə: Xəbərlər
İraq hökumətinə qarşı yeni ABŞ-ərəb hiyləsi
ABŞ-ın və Fars körfəzinin bəzi ölkələrinin İraq kabinetini formalaşdırma prosesində şübhəli hərəkətləri davam edir.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, İraq parlamentindəki Fəth koalisiyasının nümayəndəsi Muxtar Əl-Musəvi ABŞ və bəzi körfəz ərəb dövlətlərinin İraqın yeni kabinetinin qurulmasının qarşısını almağa çalışdıqlarını söyləyib.

Muxtar Əl-Musəvi fevralın 24-ü verdiyi açıqlamasında, parlamentdə Tovfiq Əllavi kabinetinə etimad səsverməsi öncəsi yeni bir ABŞ-ərəb hiyləsini elan edib.

O, Əl-Məluma saytına açıqlamasında deyib ki, ABŞ və ərəblərin hiylə qurmaq üçün casuslardan istifadə etməyi planlaşdırdıqlarını söyləyib.

Onun sözlərinə görə, təcavüzkarlar İraqın mərkəzi və cənub əyalətlərindən olan insanları baş nazir Məhəmməd Tofiq Əllavinin devrilməsinə çağırış bəhanəsi ilə istifadə etməyə çalışacaqlar.

Əl-Musəvi qeyd edib ki, bəzi siyasi və media qurumları da İraq parlamentinin fövqəladə iclasından əvvəl ABŞ-ərəb planına uyğun tədbirlər görməyə çalışacaqlar.

Əslində kabinet formalaşdırılsa, irəli sürüləcək ilk plan ABŞ qoşunlarının İraq torpağından qovulmasının vacibliyi olacaq və ABŞ-ın kabinetin qurulmamasını planlaşdırması - buna mane olmaq üçündür.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031