Şeyx Sərdar azadlıqdadır
Mьəllif: admin1
Tarix: 22-02-2020, 14:52
Bцlmə: Xəbərlər
Şeyx Sərdar azadlıqdadır
Fevralın 22-də Azərbaycan Ruhanilər Məclisinin (ARM) üzvü, Maide.Az saytının baş redaktoru, ruhani Şeyx Sərdar Hacıhəsənlinin (Babayev) həbs müddəti başa çatıb.

Şeyx Sərdar Hacıhəsənli Masallı rayon məscidində cümə namazı qıldığına görə rayonun icra başçısı onun barədə polisə şikayət edib. O, 2017-ci ilin fevral ayının 22-də saxlanılıb.

Şikayət əsasında ona cinayət işi açılıb və 2017-ci ilin iyul ayının 3-də Masallı Rayon Məhkəməsində Şeyx Sərdara hökm oxunub.

Məhkəmənin qərarı ilə Şeyx Sərdar Hacıhəsənli 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti”, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-beyt (ə) Aşiqləri Forumu”, “Zeynəb (s.ə) Qadınlar Birliyi” və Gürcüstan möminləri adından Şeyx Sərdar Hacıhəsənlinin həbs müddəti başa catıb cismi azadlığa çıxdığı üçün təbrik edirik Allahdan şeyxə uzun ömür can sağlığı diləyirik.
Ahlibeyt.ge
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031