Səudiyyə rejimi Yəmənin şimalına hava zərbələri endirdi: 26 uşaq öldü, 18-i yaralandı
Mьəllif: admin1
Tarix: 18-02-2020, 12:38
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi Yəmənin şimalına hava zərbələri endirdi: 26 uşaq öldü, 18-i yaralandı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.

Maide.Az xəbər verir ki, bu barədə “Al Massira” telekanalı Yəmən Səhiyyə Nаzirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, koalisiya qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerə endirilən zərbə nəticəsində 35 nəfər ölüb, habelə 23 nəfər xəsarət alıb.

Məlumata görə, ölənlərdən 26-ı, xəsarət alanlardan 18-i uşaqlardır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, ABŞ, BƏƏ və bir sıra digər ölkələrin dəstəyi ilə 2015-ci ilin mart ayında Yəmənə təcavüz edir və ona qurudan, dənizdən və havadan blokada tətbiq edir.

Səudiyyə Ərəbistanı və müttəfiqlərinin Yəməndəki hərbi əməliyyatları 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə insanın xəsarət almasına səbəb olub.

Səudiyyə Ərəbistanının hərbi işğalı son dərəcə kasıb olan ərəb ölkəsi Yəmən üçün həm də kəskin ərzaq və dərman qıtlığına səbəb olub.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930