Suheylə Zəkzəki: “Atamın düşmənləri ondan İmam Xomeyninin düşüncəsinə sadiq olduğu üçün qorxurlar”
Mьəllif: admin1
Tarix: 11-02-2020, 22:32
Bцlmə: Xəbərlər
Suheylə Zəkzəki: “Atamın düşmənləri ondan İmam Xomeyninin düşüncəsinə sadiq olduğu üçün qorxurlar”
Nigeriya İslam Hərəkatının lideri Şeyx Zəkzəkinin qızı Suheylə Zəkzəki atasının düşmənlərinin ondan İmam Xomeyninin düşüncəsinə sadiq olduğu üçün qorxduqlarını bildirib.

Deyerler.org xəbər verir ki, Suheylə Zəkzəki fevralın 10-u İran İslam İnqilabı və Nigeriya İnqilabına həsr olunmuş konfransda çıxış edərək bunları deyib: “2015-ci ildə Nigeriyalı şiələrin öldürülməsi əsnasında atam Şeyx İbrahim Zəkzəki yaralandı və məhbus olduğu 5 il ərzində səhiyyə xidmətlərindən məhrum edildi və sağlamlığı indi də pis vəziyyətdədir.

Hökumət bir həkimin müalicə üçün atama baş çəkməsini qadağan etdi. Nigeriya ədliyyə və məhkəmələri Şeyx Zəkzəkinin günahsız olduğunu elan etdilər və onun azadlığa buraxılmasını tələb etdilər. Atamın azadlığa buraxılması əmrindən təxminən üç il keçməsinə baxmayaraq, Nigeriya hökuməti bunu təmin etmir.

Kaduna hökuməti atama qarşı irəli sürülən ittihamlara görə, onun azadlığa çıxmasının qarşısını alır. BMT və beynəlxalq cəmiyyətə aid bəzi təşkilatlar tərəfindən təqiblər edildi, ancaq səssizlik hələ davam etməkdədir və xüsusi bir tədbirlər görülmür.

Atamın və digər şiələrin hökumət tərəfindən sıxışdırılmasının digər səbəbləri arasında İmam Xomeyninin inqilabçı fikirlərinin atamın fikirləri üzərindəki təsiri də var. Buna görə vəhhabilərin təsiri ilə hökumət şiələrin fəaliyyətini qadağan edir”.

Süheylə Zəkzəki Şeyx Zəkzəkinin 5 il əvvəl baş vermiş qətliam vaxtı övladlarının da şəhadətə çatmasına görə qürur duyduğunu və bunu Allah tərəfindən bir imtahan kimi qəbul etdiyini bildirib: “Düşmənin ailəmə və şiələrə təzyiq göstərməsinə baxmayaraq, şiələrin yollarında davam etmək qorxusu yoxdur və davam etməkdə qərarlıdırlar.

Biz müsəlmanıq və digər müsəlmanlar kimi inanclarımızı ifadə etməkdə azad olmalıyıq. Biz İslamdan başqa bir şey deyilik. Allah və İslam üçün qiyam edirik. Bu çərçivədə Nigeriya hökumətinin şiələrə qarşı təzyiqini azaltmaq üçün addımlar atılmalıdır”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930