Ali Dini Rəhbər: “Əsrin müqaviləsi Trampdan əvvəl öləcək”
Mьəllif: admin1
Tarix: 5-02-2020, 22:17
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Əsrin müqaviləsi Trampdan əvvəl öləcək”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei ABŞ-ın prezidenti Donald Tramp tərəfindən elan edilən Yaxın Şərq sülh planı haqqında deyib ki, ABŞ-ın planı Tramp ölməmiş öləcək.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İslam İnqilabının qələbəsinin 41-ci ildönümü münasibətilə İran xalqının müxtəlif təbəqələrindən ibarət bir qrupla görüşüb.

ABŞ-ın qondarma “Əsrin müqaviləsi”ni axmaqcasına, düşməncəsinə və uğursuz bir plan kimi xarakterizə edən Ali Dini Rəhbər, bunları qeyd edib: “Bu plan hər şeydən əvvəl axmaqlıqdır. Bu pisliyin göstəricisidir və artıq indidən özlərinin zərərinədir və əlbətdə nəticə əldə etməyəcəklər.

Əsrin müqaviləsi Trampın ölümündən əvvəl öləcək. Buna görə, heç vaxt reallaşmayacaq bir plan üçün oturub danışmaq, onu-bunu dəvət etmək, dünyada təlaş yaratmaq və bu planı bəyan etmək axmaq bir hərəkət və qərar olduğuna əminik”.

Bu planın amerikalıların pisliyi və saxtakarlığını sübut etdiyini vurğulayan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə davam edib: “Onlar digər tərəflə, yəni sionistlərlə alver ediblər.

Alver mövzusu isə, onlara aid olmayan və onları maraqlandırmayan bir mövzudur. Fələstin, fələstinlilərə aiddir. Siz kim olursunuz ki, Fələstin haqqında qərar verirsiniz?

Əvvəldən dediyimiz kimi, bu iş onların zərərinə olacaq. Niyə? Çünki imperializmin bütün səyləri Fələstini adını unutdurmaq idi. Ancaq bu qərarla Fələstin məsələsi yenidən canlandı.

Hazırda bütün dünya Fələstin xalqının məzlum və haqlı olması mövzusundan danışır və ABŞ-ı qınayır. 4 xain ərəb liderinə baxmayın.

Bu plana qarşı mübarizənin yeganə yolu Fələstin xalqının və Fələstin qruplarının cəsarətlə müqavimət göstərmələri və cihadın və İslam dünyasının onu dəstəkləməsidir.

Fələstin məsələsinin əsas həlli budur ki, bütün Fələstin mənşəli insanlar referendum yolu ilə istədikləri sistemi seçsinlər”.

İslam İnqilabının qələbəsinin 41-ci ildönümündə keçiriləcək “11 fevral günü”nə toxunan Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, belə deyib: “İnşəAllah İran milləti 11 fevral böyük yürüşlərdə iştirak edərək, düşmənin siyasətinə sarsıdıcı zərbə vuracaq”.

İran xalqına müraciət edən Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei, 21 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərinə işarə edərək, belə deyib: “İran və onun təhlükəsizliyi ilə maraqlanan hər kəs seçkilərdə iştirak etməlidir.

İran xalqı İslami Şura Məclisi seçkilərinə geniş izdihamla iştirak göstərməlidir. İrana və onun təhlükəsizliyinə dəyər verən hər kəs gəlib seçkilərə qatılaraq, səsindən istifadə etməlidir”.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930