Ali Dini Rəhbər: “Düşmənin inqilaba zərbə vurmaq üçün planı var”
Mьəllif: admin1
Tarix: 4-02-2020, 13:17
Bцlmə: Xəbərlər
Ali Dini Rəhbər: “Düşmənin inqilaba zərbə vurmaq üçün planı var”
Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei düşmənlərin inqilabın təsirli nöqtələrini təsbit etmək və bu nöqtələrə zərbə vurmaq üçün planlarının olduğunu qeyd edib.

Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei İran İslam Elmləri Mərkəzlərinin Ali Şurasının üzvləri ilə görüşüb.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei düşmənlərin hədəflərindən birinin İslam elmləri mərkəzləri olduğunu qeyd edərək, belə danışıb: “Bu mərkəzlər gənc və istedadlı tələbələri müəyyən etməli və onlardan inqilab prinsiplərini möhkəmləndirmək üçün faydalanmalıdır”.

Ali Dini Rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei görüşdə İslam inqilabına və İslam Respublikasının böyük qurucusu İmam Xomeyniyə sədaqət və fədakarlıqlarda güdülən hədəfin İslam şəriəti və hakimiyyətinin həyata keçirilməsi olduğunu söyləyib.

Ali Dini Rəhbər gənc tələbələrin gizli intellektual qabiliyyətləri və istedadlarına vurğu edərək, sözlərinə belə davam edib: “Ölkənin fərqli sahələrində, bəzən gənclər tərəfindən böyük və mühüm işlər aparılır.

Şübhəsiz ki, elm hövzələri və tələbəlik sahəsində də olmalı olan, düşüncə mərkəzlərində istifadə edilməli olan, onlara məsuliyyət verilməli olan qabiliyyətlər var.

İmam Xomeyninin mübarək həyatının son anlarında buyurduqları nəzərə alınmaqla inqilabçı və gənc tələbələrin həvəslərini qorunmaq vacibdir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930