Ayətullah Nuri Həmədanidən qondarma “Əsrin müqaviləsi”nə reaksiya
Mьəllif: admin1
Tarix: 3-02-2020, 17:46
Bцlmə: Xəbərlər
Ayətullah Nuri Həmədanidən qondarma “Əsrin müqaviləsi”nə reaksiya
Qum İslami Elm hövzəsinin böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani İslam alimləri başda olmaqla bütün müsəlmanlardan Fələstin prinsipini aradan aparmağa yönəlmiş yeni hiylə və planlara qarşı çıxmalarını istəyib.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Ayətullah Nuri Həmədani dünən (2 fevral) verdiyi açıqlamasında, İslam düşmənlərinin müsəlmanlara qarşı müxtəlif və yeni oyunlar qurduğunu və bu istiqamətdə Fələstini parçalama və tamamilə işğal etməyə dair yeni “Əsrin planları” kimi oyunları və ssenarilərinin olduğunu bildirərək, müsəlmanların birlik və bərabərliklərini qoruyub, bu kimi planlara və oyunlara qarşı birgə mübarizə aparmalı olduğunu söyləyib.

Ayətullah Həmədani İslam alimlərinin üzərinə çox mühüm vəzifələrin düşdüyünü qeyd edərək, İslam dinində heç kəsin məsuliyyətinin alimlər qədər ağır olmadığını söyləyib.

Ayətullah Həmədani müsəlmanlar arasında fitnə yaratmağa əsaslanmış işlərin hər zaman İslam düşmənlərinin gündəmi olduğunu qeyd edərək, düşmənin oyunlarının ancaq müsəlmanların vəhdətiylə pozulacağını söyləyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930