Fələstin ABŞ-la bütün əlaqələrini kəsdi
Mьəllif: admin1
Tarix: 3-02-2020, 17:40
Bцlmə: Xəbərlər
Fələstin ABŞ-la bütün əlaqələrini kəsdi
Bu gün Fələstin prezidenti Mahmud Abbas ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib.

"Mən Netanyahuya və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktub ünvanlamışam.

Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.

O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930