İraqda ABŞ qüvvələrinin yerləşdiyi Kayyara hava bazasına raket hücumu edildi
Mьəllif: admin1
Tarix: 1-02-2020, 20:35
Bцlmə: Xəbərlər
İraqda ABŞ qüvvələrinin yerləşdiyi Kayyara hava bazasına raket hücumu edildi
İraqın Mosul şəhərindən 64 kilometr cənub-qərbdə yerləşən və ABŞ qüvvələrinin yerləşdiyi Kayyara hava bazasına 5 raket zərbəsi endirilib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, hücum nəticəsində ölən ya da yaralılarla əlaqədar hələ bir açıqlama verilməyib.

Bu ayın əvvəlində İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) Qüds korpusunun komandiri şəhid general Qasım Süleymani və Əl-Həşduş Şəbinin ikinci komandiri şəhid Əbu Mehdi Əl-Mühəndisin ABŞ tərəfindən terror edilməsinə cavab olaraq Əynul-Əsəd bazasına ballistik raket hücumları təşkil etmişdi.

Pentaqon dünən (31 yanvar) 64 ABŞ əsgərinin hücum nəticəsində beyin travması keçirdiyini açıqlayıb.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031