Səudiyyə rejimi "Əsrin müqaviləsi" üçün Trampa təşəkkür etdi
Mьəllif: admin1
Tarix: 31-01-2020, 10:50
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi "Əsrin müqaviləsi" üçün Trampa təşəkkür etdi
Səudiyyə rejiminin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, ABŞ prezidentinin elan etdiyi "əsrin müqaviləsi" üçün təşəkkür edərək, Vaşinqtonun nəzarəti altında Fələstin və İsrail rejimi arasında birbaşa danışıqların aparılmasının vacibliyini vurğulayıb.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, Səudiyyə rejimi, Fələstin probleminin "ədalətli və hərtərəfli" həllinə yönəlmiş bütün səyləri dəstəklədiyini bildirib.

"Səudiyyə rejimi həmişə fələstinlilərə kömək etmək üçün çox səy göstərir və bütün beynəlxalq məsələlərdə, o cümlədən 2002-ci ildə Osloda bağlanmış müqavilələrə əsasən, öz qanuni hüquqlarına nail olmaq üçün əməkdaşlıq edir.

Səudiyyə rejimi, zorakılıq yolu ilə Fələstin-İsrail rejimi probleminin həll edilməyəcəyini hesab edir. Hərtərəfli sülhün nizamlanmasının yeganə strateji yoludur", - deyə XİN-in press-relizində deyilir.

Bəyanatda həmçinin deyilir: "Səudiyyə rejimi Tramp administrasiyasının Fələstin və İsrail rejimi tərəfləri arasında hərtərəfli sülh planı hazırlamaq səylərini qiymətləndirərək, onları ABŞ-ın nəzarəti altında birbaşa danışıqlara başlamağa təşviq edir".

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930