Namazların içində yerinə yetirdiyimiz bu əməl, insanı günahdan paklayar
Mьəllif: admin1
Tarix: 30-01-2020, 07:38
Bцlmə: Xəbərlər
Namazların içində yerinə yetirdiyimiz bu əməl, insanı günahdan paklayar
Bir çox əməllər insanın günahlarını aradan aparır.

Bunların içində insanın başına gələn çətinliklər də var, insanın iradəvi seçiminə bağlı olan əməllər də var.

Günahı aradan aparan amillərə nəzər yetirək:

1. Müsibət.

2. Qəm.

3. Xəstəlik.

4. Saleh əməllər.

5. Xoş əxlaqlı olmaq.

6. Məzlumlara yardım etmək.

7. Mələklərin istiğfar etməsi.

8. Uzun səcdələr.

Bəli, günahı aradan aparan mühüm əməllərdən biri də uzun səcdədir. Yəni, hər kim uzun səcdə edər o, günahdan paklanar.

Həzrət Peyğəmbər (s) buyurur: “Günahla dolmuş bellərinizi çoxlu və uzun səcdələr ilə yüngülləşdirin”.

İmam Sadiq (ə) buyurur: “Bir nəfər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ağacan, mənim günahlarım çoxdur. Əməllərim isə zəifdir”.

Həzrət (s) buyurur: “Çoxlu səcdə et. Səcdə günahları tökər – necə ki, külək ağacın yarpaqlarını tökər””.

Çoxlu səcdə etmək o deməkdir ki, insan səcdələrini uzun etsin, xüsusilə də müstəhəb namazlarında.

İnsan namaz qılan zaman hər nə qədər rükusunu, səcdəsini uzun edərsə, günahları daha çox bağışlanar.

Ona görə də yaxşı olar ki, günahdan paklanmaq istəyən insan namazlarına xüsusi əhəmiyyət versin.

Qurani-Kərim buyurur: “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) – itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45).

Hər kim özünü islah etmək istəyər – gərək namazlarına diqqətini artırsın.

Bir insanın qıldığı namazın keyfiyyətindən başa düşmək olur ki, o, imanın hansı məqamında qərar tutur.

Namazın keyfiyyətindən və zikrlərin növlərindən insanın hansı dəyərdə olduğu məlum olar. Çünki insan üçün namazın vaxtı – həyatla vidalaşan zaman kimi olmalıdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman namaz qılmaq istəsəniz – xudahafizləşən və ölən insan kimi namaz qılın”.

Çünki insan ölən zaman bütün yaxınları ilə əlaqəsini kəsər, diqqəti ancaq Allahda olar.

O zaman ki, insan onun üçün əbədi olmayan şeyə görə çoxlu zəhmət çəkərsə, bu, onun cəhalətinin əlaməti olar. Aqil insan isə elə şeyə sərmayə qoyar ki, cavidan və qalıcı olar.

İnsan vacib namazlarında çox vaxt hisslərini büruzə verə bilmir. O cümlədən, camaatla qılır, görünən yerdə qılır və s. Ancaq müstəhəb namazlar belə deyildir.

Gecə yarısı – o zaman ki, hamı yatar və heç kəs onun namazını izləməz – o zaman səcdələrini və rükularını uzun edər və Uca Allahla sıx rabitə qurar.

Səcdə o deməkdir ki, başını Allahın dərgahının sanki altına qoyursan.

Gərək baxaq görək doğurdanmı biz başımızı Allah dərgahının altına qoyuruq, yoxsa yox?

Səcdədə tələsmək – insanın hələ mənəvi büluğ etməməsinin əlamətidir. Hər kim səcdəsini qısa edər, deməli başını Allahın dərgahı altına qoymağa hazır deyildir.

Beləliklə, deyə bilərik ki, insanın günahını aradan aparan amillər içərisində ən təsirlisi – uzun səcdələrdir.

Əgər insan günahlarından xilas olmaq istəyirsə, gərək namaz qılan zaman səcdələrini uzun etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031