ABŞ-da müsəlman basketbolçu qızların uğuru: “Hicabımız bizi birləşdirir”
Mьəllif: admin1
Tarix: 27-01-2020, 22:59
Bцlmə: Xəbərlər
ABŞ-da müsəlman basketbolçu qızların uğuru: “Hicabımız bizi birləşdirir”
ABŞ-ın Miluoki şəhərində hicablı müsəlman qız basketbol komandası basketbol sahəsindəki bacarığı və ölkə daxilindəki uğurları ilə məşhurdur.

Deyerler.org Fox6now-a istinadən xəbər verir ki, bu basketbol komandası ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində yerləşən “Salam” İslam məktəbinindir. Bu məktəbin hicablı basketbol komandası ölkə səviyyəsində oyun sahəsindəki bacarıqları ilə tanınırlar.

Basketbolçu qızlardan biri olan və 11-ci sinif şagirdi Esra Salim belə danışıb: “İnsanlar bizə təəccüblə baxırlar və mən onların bu davranışlarının səhv olduğunu sübut etmək və onlara hicab ilə oynaya biləcəyimizi göstərmək istəyirəm. Bu paltar bizi birləşdirərək bir komanda edir”.

Digər bir idmançı olan Amira Cabir isə müsəlman qızlar olaraq səhv inancları aradan qaldırdıqlarını və insanlara hansı xüsusi bacarıqlara və xüsusiyyətlərə sahib olduqlarını göstərməyin gözəl bir hiss olduğunu bildirib.

Komandanın baş məşqçisi Kessidi Makak isə belə deyib: “Məncə bu qızların etdikləri böyük işlər əvvəlki illərdə layiqincə dəstəklənmədi, amma indi hər kəs onları dəstəkləyir və üzlərində bir məmnunluq gülümsəməsi görünür.

Bu qızlar əslində İslamla tanış olmayanlara mədəniyyətlərini və idmana olan sevgisini dərk etməkdə kömək edirlər. İndi komanda çox sayda azarkeş qazandı və daha yüksək səviyyədə rəqabət apara bilər”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930