Ayətullah Sistani iraqlı qruplara səsləndi
Mьəllif: admin1
Tarix: 26-01-2020, 20:16
Bцlmə: Xəbərlər
Ayətullah Sistani iraqlı qruplara səsləndi
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani İraqın ərazi bütövlüyü və suverenliyini hər hansı bir bəhanə altında pozmağa bir səbəb olmadığını vurğulayıb.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, yanvarın 24-ü Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi Ayətullah Seyid Əhməd Əs-Safi tərəfindən cümə namazında oxunan müraciətdə belə qeyd olunub:

“İraq vətəndaşları heç bir məcbur etmə və xarici təzyiq olmadan mövqelərini və fikirlərini dinc yollarla və İraqın suverenliyini qorumaq çərçivəsində ifadə etməkdə azaddır”.

Ayətullah Sistani İraq xalqının hərtərəfli bir islahat istədiklərini ifadə edərək, mövcud vəziyyətin davam edəcəyi təqdirdə iraqlıların əzablarının artacağını və İraqda qeyri-sabitlik və etibarsızlığın davam edəcəyini söyləyib.

Ayətullah Sistani bütün siyasi qrupları İraqın üzləşdiyi təhdid və çətinlikləri anlamağa çağırıb və bütün cərəyanlardan və qruplardan bu məsələdə ortaq mövqe sərgiləmələrini istəyib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930