İranın raket zərbəsi endirdiyi ABŞ bazasında zərərçəkənlər barədə yeni siyahı
Mьəllif: admin1
Tarix: 23-01-2020, 19:56
Bцlmə: Xəbərlər
İranın raket zərbəsi endirdiyi ABŞ bazasında zərərçəkənlər barədə yeni siyahı
İŞİD-ə qarşı beynəlxalq koalisiya rəhbərinin müavini, İranın Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi nəticəsində amerikalı yaralılar barədə yeni məlumatlar açıqlanıb.

General Aleks Qrinkviç, “Foreign Policy” jurnalına verdiyi müsahibədə, beyin zədəsi və kontuziyadan müalicə olunan əsgərlərin sayının 19-a çatdığını bildirib.

"Deyerler.org"un iqnanews.ru-ya istinadən verdiyi xəbərə görə, Birləşmiş Ştatların Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) da, daha bir neçə əsgərin tibbi müayinə məqsədi ilə İraqdan Almaniyaya göndərildiyini açıqlayıb.

Mənbə yaralıların sayının dəqiq deməsə də, gələcəkdə bu sayın arta biləcəyini bildirib. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisi, “Reuters” agentliyinə verdiyi müsahibədə, təxminən 12 hərbçinin Almaniyada müalicə aldığını söyləyib.

Bir müddət öncə verilən məlumatlarda, İranın kütləvi raket hücumu nəticəsində onlarla ABŞ əsgərinin öldüyü qeyd olunurdu.

ABŞ hökuməti tərəfindən son günlər hərbçilər arasında itkilərin dəqiq sayının gizlədilməsi sosial şəbəkələrin istifadəçiləri, analitiklər və fəallar arasında müzakirə mövzusuna çevrilib.

Xatırladaq ki, ABŞ prezidenti, müdafiə naziri Mark Esper və bu ölkənin digər rəsmi şəxsləri İranın Ayn əl-Əsəd hərbi bazasına raket zərbəsi endirməsindən sonra dəfələrlə hücumda heç kimin xəsarət almadığını bildirmişdi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930