Ayətullahul-üzma Seyyid Əli Xamenei: "Son iki həftədə baş verənlər Əyyəmullah - Allahın günləri idi"
Mьəllif: admin1
Tarix: 17-01-2020, 15:46
Bцlmə: Xəbərlər
Ayətullahul-üzma Seyyid Əli Xamenei: "Son iki həftədə baş verənlər Əyyəmullah - Allahın günləri idi"
Ayətullah Xamenei cümə namazının birinci xütbəsində ilahi təqvadan danışıb. “Əgər şəxsi və ictimai işlərdə uğur istəyiriksə bunun yolu təqvadadrı. Hamımız çalışmalıyıq ki, ilahi təqvanı öz işlərimizdə meyar seçək”.

Deyerler.org "maide.az"a istinadən xəbər verir ki, daha sonra Ayətulah Xamenei son iki həftədə baş verən hadisələrə münasibət bildirib: “Son iki həftə bizim üçün macəra dolu və müstəsna həftələr oldu. Bu iki həftədə İran xalqı üçün acı, şirin və ibrət götürüləsi hadisələr baş verdi.

Həmin günlər ki, Qüds Briqadasının komandirinin tökülmüş qanına hörmət əlaməti olaraq İraqda və İranda milyonlarla insan meydanlara axışdı və dünyanın ən böyük dəfn və vida yürüşünü təşkil etdilər. Əyyamullahdan (Allahın günlərindən) idi.

Həmin gün ki İslam İnqilab Keşikçilər Korpusunun raketləri ABŞ bazasına zərbələr endirdi, Əyyamullahdandır. 41 ildən sonra bu misilsiz cəmiyyəti hansı güc meydana gətirdi.

Bu göz yaşları, eşq və həyacanı kim yaratdı? Allahın gücündən başqa hansı səbəb belə bir möcüzəni göstərə bilərdi? Bu hadisələrdə Allahın gücünü görməyən və öz maddi analizləri ilə hadisələrə yanaşan geridə qalıb. İlahi iradə bu xalqın qələbəsinədir.”

Ayətullah Xamenei deyib ki, general Süleymaniyə qarşı terror edilməsi qorxaqcasına bir addım idi: “Bu ABŞ üçün üzüqaralıq gətirdi. Əvvəllər bu cür işi bölgədə sionist rejim edirdi.

ABŞ prezidenti terror etdiyini etiraf etdi. Bundan böyük rüsvayçılıq olar? Sepahın güclü cavabı isə düşündürücü idi. Bu hərbi zərbə idi lakin, bundan üstün hegemon ABŞ-ın heysiyyətinə vurulmuş olmasıdır."

Sepahın Qüds Briqadasının zəiflərin və müqəddəs məkanların qorunmasında rolundan danışan Ayətullah Xamenei bildirib ki, ölkəmizin təhlükəsizliyinin təmini general Süleymaninin komandanlığı ilə uzun illər bu mömin gənclərin əlində olub.

“Qəzza və Fələstinə də gedirlər, lakin bizim özümüzçün də sabitlik yaradırlar. “Nə Qəzza, nə Livan” şüarı verən aldanmışlar öz canlarını yox, bəlkə heç İran uğrunda mallarından və manafelərindən belə keçməyə hazır deyillər.

İran xalqı göstərdi ki, müqavimətə və müqavimət tərəfdarlarına sevgiləri var və bu tərəfdarlar heç vaxt təslim olmayacaqlar.

ABŞ-dakı təlxəklər yalandan və arsızcasıa deyirlər ki, İran xalqının yanındadırlar. Baxın görün İran xalqı kimlərdir?. İran xalqı əziz generalın fotosunu təhqir edən o bir neçə yüz nəfərdir? Yoxsa İran xalqı milyonluq iştirakı ilə küçələrə axışan insanlardır?

Ayətullah Xamenei bildirib ki, bəziləri İran xalqının Allah günlərini (əyyamullahlarını) unutdurmağa çalışır. “Bu təssüfedici hadisələrdən biri də təyyarə qəzasıdır.

Acı hadisə idi və bizim qəlbimizi sözün həqiqi mənasında yandırdı. Xalqımızdan olan gəncləri və digər ölkələrdən olan əziz insanları itirmək, çox acı idi.

Lakin bəziləri ABŞ televiziyaları, İngiltərə radiyolarının göstərişi ilə çalışıdılar ki, iki əziz şəhid Süleymani və Əbu Mühəndisin şəhadətindən sonra yaranan böyük toplantını unutdursunlar.

Bu insanların milli mənafe və ölkə məsələlərinə qarşı heç bir maraqları yoxdur. Bəzləri gəncdir hisslərə qapılır və aldanır, lakin bəziləri də var ki, milli mənafeni dərk edib ona sadiq olmağı qəbul etmək istəmirlər. Düşmən istədiyini onların dili ilə deyir.

Təyyarənin qəzaya uğraması hadisəsi bizi kədərli etidiyi, bizi yandırdığı qədər düşmənləri də sevindirdi. Düşmən cığallıq və aldatmaqla müzakirə edir. Müzakirə masasında əyləşən “centilmenlər” Bağdad hava limanındakı terroristlərdir.

Təyyarə qəzasında bəzi qaranlıq məqamlar var. Komandanlardan təşəkkür edirəm ki, xalqa aşkar məlumat verdilər. Lakin bu məsələ araşdırılmalıdır ki, oxşar hadisələrin qarşısı ciddi şəkildə alınsın.

“3 Avropa ölkəsi göstərdi ki, ABŞ-ın nökəridirlər. Milyonluq vida yürüşünün təsirini azaltmaq üçün görülən işlərdən birini də İngiltərə, Fransa və Almaniya etdi.

Onlar nüvə prorqamına dair məsələni Təhlükəsizlik Şurasına aparacaqlarını dedilər. Təbii ki, ölkənin məsul şəxsləri onların cavabını verdi.

Bu üç ölkə müharibə dövrdə Səddama yardım edənlərdir. Almaniya hökuməti kimyəvi silahları Səddam rejiminə verirdi. Onlar İran xalqını diz çökdürə bilməyəcək.

Daha sonra qarşıdan gələn seçkilərdən danışan Ayətullah Xamenei bildirib ki, düşmənin seçkiləri xalqın gözündə solğunlaşdırmaması üçün ehtiyyatılı olmaq lazımdır.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031