İran rəsmisi: “25 milyon iranlı şəhid Süleymaninin dəfn mərasimində iştirak etdi”
Mьəllif: admin1
Tarix: 15-01-2020, 16:21
Bцlmə: Xəbərlər
İran rəsmisi: “25 milyon iranlı şəhid Süleymaninin dəfn mərasimində iştirak etdi”
İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) sözçüsü general Ramazan Şərif Qüds Korpusunun komandiri general-leytenant Qasım Süleymani üçün Əhvaz, Məşhəd, Tehran, Qum və Kerman şəhərlərində təşkil edilən vida və dəfn mərasimlərinə qatılan insanların sayının 25 milyon olduğunu açıqlayıb.

Deyerler.org Mehrə istinadən xəbər verir ki, general Ramazan Şərif yanvarın 14-ü Tehranda şəhid general-leytenant Qasım Süleymani üçün təşkil edilən anım mərasimi çərçivəsində jurnalistlərə verdiyi açıqlamasında, vida mərasimində bu iştirakın ABŞ-a çox aydın bir mesaj verdiyini bildirib.

“Bu nəhəng iştirakla İran xalqı bir bütöv olaraq amerikalılara cavab verilməsini və İnqilab Keşikçilərindən hər sahədə ABŞ-nı məğlub etməsini istədi”, - deyə SEPAH-ın sözçüsü bildirib.

General Şərif amerikalıların Qərbi Asiyanın gələcəyində bir yerinin olmayacağını və bu bölgənin böyük ölkələr və millətlərin əsarətindən azad olacağını qeyd edərək, bu yolun sonunun isə, sionist rejimin yox olması və Fələstin xalqının hakimiyyətinin bərpası olduğunu qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930