Səudiyyə rejimi 2019-cu ildə edam rekordunu qırdı
Mьəllif: admin1
Tarix: 15-01-2020, 16:15
Bцlmə: Xəbərlər
Səudiyyə rejimi 2019-cu ildə edam rekordunu qırdı
Səudiyyə rejimi 2019-cu ildə edam olunan məhbusların sayında yeni "rekord vurub".

Deyerler.org Euronews-a istinadən xəbər verir ki, “Reprieve” adlı insan haqları təşkilatının dərc etdiyi hesabatda, Səudiyyə rejiminin 90 nəfər əcnəbi əsilli olmaqla 184 nəfərin 2019-cu ildə edam etdiyi qeyd edilib. Buna əsasən 2019-cu ildə ölkədəki edam sayı son illərin ən yüksək səviyyəsinə çatıb.

Reprieve-in edam hesabatına görə, edam edilənlərin 82 nəfəri narkotik qaçaqçılığı, 57 nəfəri isə qətl hökmü ilə məhkum olunmuşdur.

Təşkilatın Səudiyyə rejimi tərəfindən elan edilən edamları izləməyə başladığı 2015-ci ildən etibarən edamların sayında artım baş verib.

Belə ki, Səudiyyə rejimi 2014-cü ildə 88 nəfər, 2015-ci ildə təqribən 157 nəfər edam etmişdisə, bu rəqəm keçən ilə qədər sabit qalmışdı. Ancaq 2019-cu ildə bu rəqəm 184 nəfərə yüksəlib.

Reprieve 2020-ci ildin başlamasından indiyə qədər bu ölkədə 4 nəfərin edam edildiyini qeydə alıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930