ABŞ-ın İraqdakı bazası raket atəşinə tutulub
Mьəllif: admin1
Tarix: 15-01-2020, 10:40
Bцlmə: Xəbərlər
ABŞ-ın İraqdakı bazası raket atəşinə tutulub
ABŞ-ın İraqdakı bazası raket atəşinə tutulub.

“Report” xəbər verir ki, bu barədə “Al-Hadath” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, Ət-Təci bazası raket atəşinə məruz qalıb. ABŞ hərbçilərinin olduğu bu baza İraqın şimalındadır.

Atəş nəticəsində ölənlər və ya yaralananların olub-olmaması barədə məlumat verilmir.

Qeyd edək ki, bu, ABŞ hərbçilərinin atəşə məruz qaldığı növbəti bazadır. Bazar günü İraqdakı “Balad” bazası da atəşə tutulmuşdu.

Bu hərbi obyektdə də ABŞ kontingenti mövcuddur. Atəş nəticəsində xəsarət alan və ya ölən olmamışdı.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031