20 nəfər İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
Mьəllif: admin1
Tarix: 14-01-2020, 15:11
Bцlmə: Xəbərlər
20 nəfər İmam Rzanın (ə) hərəmində İslamı qəbul etdi
2019-cu ildə 20 nəfər Qüds Rəzəvi ostanının xarici ziyarətçilər idarəsinə müraciət edərək, İslam dinini qəbul edib.

Deyerler.org xəbər verir ki, Astan NEWS-un bildirdiyinə görə, keçən il İmam Rzanın (ə) müqəddəs ziyarətgahında İslam dinini qəbul edən 7-si qadın və 13-ü kişi olmaqla Fransa, İsveç, Rusiya, Kanada, Hindistan, Portuqaliya, Rumıniya, Almaniya, Polşa, Çin, Koreya, Yaponiya, Əfqanıstan və İran kimi ölkələrin vətəndaşları idi. Orta yaşları 36 olan yeni müsəlmanlar, əvvəllər xristian, buddizm və iudaizm kimi dinlərə mənsub idilər.

İmam Rzanın (ə) hərəmində İslam dinini qəbul etmə mərasimi Qüds Rəzəvi ostanının xarici ziyarətçilər idarəsində bir alimin hüzurunda edilir, mərasimin sonunda dinini mənimsəyənlərə İslam dinini qəbul etmə sənədi və Qurani-Kərim hədiyyə olunur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930