Şeyx Zəkzakinin səhhəti pisləşdi
Mьəllif: admin1
Tarix: 11-01-2020, 18:10
Bцlmə: Xəbərlər
Şeyx Zəkzakinin səhhəti pisləşdi
"Nigeriya İslam Hərəkatı" Şeyx İbrahim Zəkzakinin səhhəti ilə bağlı həyəcan təbili çalıb.

Hərəkatdan verilən açıqlamada vurğulanıb ki, Şeyx İbrahim Zəkzakinin səhhəti çox pisdir və hakimiyyət heç bir müdaxilə etmir.

"Biz beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırırıq. Şeyx Zəkzaki xəstəxanada xəstəliyinə görə ölərsə, məsuliyyəti hakimiyyətin və beynəlxalq qurumların üzərindədir", - deyə açıqlamada diqqətə çatdırılıb.

Qeyd olunub ki, Nigeriya hökuməti Şeyx Zəkzakinin müayinə olunmasına belə qarşı çıxır.
(Eastnews)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031