Ali dini lider səhvən vurulmuş Ukrayna təyyarəsi ilə bağlı istintaq nəticələrini dərhal elan etməyi tələb edib
Mьəllif: admin1
Tarix: 11-01-2020, 18:09
Bцlmə: Xəbərlər
Ali dini lider səhvən vurulmuş Ukrayna təyyarəsi ilə bağlı istintaq nəticələrini dərhal elan etməyi tələb edib
Ali dini lider Ayətullah Xamenei Tehranda partlamış Ukrayna təyyarəsinin səhvən vurulması barədə hadisədən 48 saat sonra məlumatlandırılıb və dərhal istintaqın nəticələrinin elan edilməsini tələb edib.

Deyerler.org-un Fars agentliyinə istinadən verdiyi xəbərə görə, Cümə günü müdafiə sisteminin dəhşətli xətası barədə məlumatlandırıldıqdan sonra Ali dini lider dərhal Ali Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Ali dini rəhbər tələb edib ki, Şuranın iclasında hadisənin istintaqının nəticələri müəyyən edilsin və dərhal ictimai şəkildə elan edilsin.

Ali dini rəhbərin tapşırığı ilə ötən gün axşam Təhlükəsizlik Şurasının iclası keçirilib və bu gün səhər Silahlı Qüvvələrin Baş Qərargahı təyyarənin insan xətası üzündən baş verdiyini elan edib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031