Şəhid Qasim Süleymaninin dəfni izdiham səbəbindən təxirə salındı
Mьəllif: admin1
Tarix: 7-01-2020, 17:26
Bцlmə: Xəbərlər
Şəhid Qasim Süleymaninin dəfni izdiham səbəbindən təxirə salındı
Şəhidlərin daha layiqli halda dəfn edilməsi üçün dəfnin zamanı dəyişdirilib.

Deyerler.org-un İRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə İnqilab Keşikçiləri Korpusunun mətbuat xidmətinin rəhbəri Sərdar Şərif bildirib. O qeyd edib ki, dəfnin zamanı yaxın vaxtda elan ediləcək.

O dəfn mərasimində iştirak edən hər bir kəsə minnətdarlıq edib və bildirib ki, bu gün milyonlarla Kerman sakini böyük insan seli yaradaraq ürəklərin sərdarına sədaqətini nümayiş etdirib.

Kermanda dəfn komitəsinin rəhbəri Mehdi Sədəfi bildirib ki, izdiham səbəbindən Şəhidlər Gülzarı qəbristanlığına doğru hərəkət etmək mümkünsüzdür, bu səbəbdən dəfnin zamanı daha sonra açıqlanacaq.

Qeyd edək ki, insan izdihamı səbəbindən dəfn mərasimində xəsarət alanların olduğu bildirilir. Mehr agentliyinin verdiyi xəbərə görə, izdihamda 32 nəfər həyatını itirib, 190 nəfər isə xəsarət alıb.

İran Səhiyyə Nazirliyi bu barədə az sonra açıqlama veriləcəyini bəyan edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930