İran XİN başçısı Donald Trampa mesaj göndərib: “Əvvəl belə insan seli görmüsənmi?”
Mьəllif: admin1
Tarix: 6-01-2020, 21:26
Bцlmə: Xəbərlər
İran XİN başçısı Donald Trampa mesaj göndərib: “Əvvəl belə insan seli görmüsənmi?”
İran Xarici İşlər naziri ABŞ-ın Qərbi Asiyadakı nifaqçı varlığının sonunun başlandığını açıqlayıb.

Bunu İranın Xarici İşlər naziri Məhəmmədcavad Zərif “Twitter” hesabında bildirib.

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” qanadının İraq paytaxtı Bağdadda öldürülən komandiri general Qasım Süleymaninin vida mərasimindən fotolar paylaşan XİN başçısı daha sonra yazıb: “Əvvəl belə insan seli görmüsənmi, Tramp? Bölgəmizlə bağlı müzakirələrdə hələ də təlxəklərimi dinləmək istəyirsən? Hələ də bu böyük dövlətin xalqının iradəsinin qırıla biləcəyinimi düşünürsən?”.

Qeyd edək ki, Q.Süleymani yanvarın 3-də İraqın paytaxtı Bağdadda ABŞ-ın endirdiyi hava zərbələri nəticəsində qətlə yetirlib.

Yanvarın 6-da Tehranda onunla və və digər hərbçilərlə vida mərasimi keçirilib. Q.Süleymani yanvarın 7-də doğulduğu Kerman şəhərində dəfn olunacaq.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930