İraq ABŞ-ın "qovulması" prosesinin ilk addımını atdı
Mьəllif: admin1
Tarix: 6-01-2020, 21:21
Bцlmə: Xəbərlər
İraq ABŞ-ın "qovulması" prosesinin ilk addımını atdı
İslamazeri.com-un RİA-ya istinadən verdiyi xəbərə əsasən, İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxarılması mexanizminin hazırlanmasına başladı.

Bunu İraq SQ rəsmisi Əbdül Kərim Həlf bildirib.

“Beynəlxalq koalisiyanın İraqdakı fəaliyyəti məsləhətləşmə, silahlanma və hərbçilərin təlimləri ilə məhdudlaşacaq, (xarici) silahlı qüvvələr isə İraqdan çıxacaq. ABŞ-ın son zərbələri - axmaqlıqdır və bunun qarşısında susmaq mümkün deyil”, - deyə o qeyd edib.

O bildirib ki, “İraq hökuməti beynəlxalq koalisiya qüvvələrinin quru və hava hərəkətlərini məhdudlaşdırıb və onlara harayasa hərəkət etməyə imkan verməyəcək”.

Onun sözlərinə görə, ABŞ öz əməliyyatları barədə İraq SQ komandanlığını xəbərdar etmirdi.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930