Təqlid mərcələri bəyanat verdi
Mьəllif: admin1
Tarix: 4-01-2020, 19:33
Bцlmə: Xəbərlər
Təqlid mərcələri bəyanat verdi

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, böyük təqlid mərcələri İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaninin şəhadəti ilə bağlı başsağlığı veriblər.

Qum şəhərindəki böyük təqlid mərcələrindən olan Ayətullah Naser Məkarem Şirazi bu gün bir müraciətdə Amerikanın İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı Qasim Süleymanini və İraqın "Haşdi Şabi" təşkilatının rəis müavini Əbu Məhdi Əlmuhəndisi şəhid etmək üzrə cinayətini pisləyərək deyib ki, amerikalı cinayətkarları kəskin intiqam gözləyir.

"Şəhid Süleymaninin yolu daha artıq qüdrətlə davam edəcək.", -deyə Ayətullah Məkarem Şirazi əlavə edib.

Ayətullah Hüseyn Nuri Həmədani də bir müraciətdə bildirib: "Şübhəsiz, general-leytenant Süleymaninin və Əbu Məhdi Əlmuhəndisin şəhadəti gələcəyi aydınlaşdıracaq və düşmənin qəti süqutuna zəmin yaradacaqdır."

Ayətullah Lütfullah Safi Qolpayeqani açıqlamasında "Şəhid Süleymani öz həyatını İslama və xalqa xidmətə, həmçinin islami dəyərlərin qorunmasına vəqf etmişdi.", -deyə qeyd edib.

Ayətullah Əbdullah Cavadi-Amoli, Ayətullah Cəfər Sübhani və Ayətullah Seyyid Muhəmməd Ələvi Qorqani də ayrı-ayrı müraciətlərdə general-leytenant Süleymaninin şəhadəti ilə bağlı başsağlığı veriblər.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930