Süleymaninin dəfninin vaxtı və yeri açıqlanıb
Mьəllif: admin1
Tarix: 4-01-2020, 11:42
Bцlmə: Xəbərlər
Süleymaninin dəfninin vaxtı və yeri açıqlanıb
Cümə günü sübh tezdən şəhadətə qovuşmuş general Qasim Süleymaninin nəşi İraqda vida yürüşlərinin keçirilməsindən sonra İrana yola salınacaq.

Deyerler.org-un Mehr-ə istinadən verdiyi xəbərə görə, bu barədə İranın İraqdakı səfiri İrac Məscidi bildirib. Səfir bildirib ki, şənbə günü Bağdadda, eləcə də Kərbəla və Nəcəf şəhərlərində vida yürüşləri keçiriləcək.

Səfir bildirib ki, bu gün İraq baş naziri vəzifəsini icra edən Adel Abdul-Mehdi ilə görüşdə baş nazir İraq xalqının israrla Bağdadda vida yürüşünün keçirilməsini istədiyini çatdırıb.

Daha sonra Süleymaninin nəşi İrana yola salınacaq. Öncə vida mərasimi müqəddəs Məşhəd şəhərində keçiriləcək. Bazar günü səhər saatlarında Tehranda ali dini rəhbər Ayətullah Xameneinin imamətliyi ilə cənazə namazı qılınacaq. Bundan sonra isə generalın cənazəsi dəfn üçün doğulduğu Kerman şəhərinə yola salınacaq.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930