Tehranın BMT-dəki nümayəndəsi: “ABŞ-dan qisasın vaxtı müəyyənləşdiriləcək”
Mьəllif: admin1
Tarix: 4-01-2020, 11:39
Bцlmə: Xəbərlər
Tehranın BMT-dəki nümayəndəsi: “ABŞ-dan qisasın vaxtı müəyyənləşdiriləcək”
İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taht-Ravançı bildirib ki, Tehran general Qasım Süleymaninin qətlə yetirilməsinə göz yummayacaq.

"Report"un məlumatına görə, bu barədə İran diplomatı CNN telekanalına müsahibəsində qeyd edib.

O, xatırladıb ki, rəsmi Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni hissəsini başlayıb. İran rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar hələ 2018-ci ildən İran xalqına güclü təzyiq göstərərək iqtisadi sahədə birtərəfli qaydada Tehranla vuruşur.

"Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran necə lazım bilsə, elə cavab verəcək. Vaxt və cavabın (qisasın-red) yerini İran müəyyənləşdirəcək", - deyə Taht-Ravançi vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif ABŞ-ın Bağdaddakı raket zərbəsini terror aktı adlandırıb. İranın ali lideri Ayətullah Əli Xameneyi isə Süleymaninin qətlinə görə qisas almağa söz verib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930