Putinlə Makron Süleymaninin qətlini müzakirə ediblər
Mьəllif: admin1
Tarix: 3-01-2020, 21:37
Bцlmə: Xəbərlər
Putinlə Makron Süleymaninin qətlini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putinlə Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd edilir ki, dövlət başçıları Qasım Suleymaninin ABŞ hərbçiləri tərəfindən öldürülməsini müzakirə ediblər.

"Hər iki tərəf ABŞ-ın Bağdad aeroportuna raket zərbəsi nəticəsində Qasım Süleymaninin həlak olması ilə əlaqədar narahatlığını söyləyib", - deyə bəyanatda qeyd edilir.

Bildirilir ki, dövlət başçıları bunun regionda vəziyyəti ciddi şəkildə kəskinləşdirə biləcəyini təsdiqləyiblər.

Kremlin mətbuat xidməti əlavə edib ki, Putin və Makron həmçinin Suriyada və Liviyada yaranmış vəziyyəti müzakirə ediblər.
(eastnews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930