İranın Müdafiә Nazirliyi bəyanat yaydı:"Cavab sәrt olacaq"
Mьəllif: admin1
Tarix: 3-01-2020, 17:24
Bцlmə: Xəbərlər
İranın Müdafiә Nazirliyi bəyanat yaydı:"Cavab sәrt olacaq"
General Süleymanini qәtlinә İranın reaksiyası sәrt olacaq.

Trend-in mәlumatına görә, bunu İranın müdafiә naziri general-mayor Әmir Hatәmi bildirib.

Ә.Hatәminin sözlәrinә görә, general Süleymaninin qanı nahaq yerә axıdılıb vә cinayәti törәdәnlәri ağır cәza gözlәyir.

İranın Mәslәhәt Şurasının katibi general Möhsün Rzayi isә Twitter sәhifәsindә bildirib ki, İran ABŞ-dan sәrt intiqam alacaq.

Qeyd edәk ki, İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) generalı Qasim Süleymani ötәn gecә ABŞ helikopterlәrinin hücumu nәticәsindә Bağdad aeroportu yaxınlığında hәlak olub.

İran SEPAH-ı Süleymaninin şəhadətini tәsdiqlәyib.

İranın dini lideri ölkәdә üç günlük matәm elan edib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031